Bank Of Baku

Almaniya 2022-ci ildə Ukraynaya 12 milyard dollarlıq hərbi dəstək verib

Olaf Şolts

© APA | Olaf Şolts

# 18 yanvar 2023 19:01 (UTC +04:00)

"Rusiya öz imperialistik hədəflərinə çatmaqda uğursuzluğa düçar olub".

APA xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu müharibənin ən ağır nəticələrini ukraynalılar ödəyir, böyük itkilər verir: "Lakin eyni zamanda biz də bu müharibənin nəticələri ilə üzləşirik".

Almaniya Kansleri deyib ki, Rusiya Ukraynada uğursuzluqla üzləşib və Ukrayna xalqı qəhrəmanlıqla özünü müdafiə edir. Almaniya hökumət başçısı bu müharibədə qlobal ictimaiyyətin Ukraynaya dəstək verdiyini, Avropanın həmrəylik nümayiş etdirdiyini vurğulayıb:

"Almaniya 2022-ci ildə Ukraynaya 12 milyard dollar dəyərində hərbi dəstək verib və bizim bu dəstəyimiz lazım olduğu müddətcə davam edəcək. Biz Ukraynaya müxtəlif silah-sursat, havadan müdafiə sistemləri göndəririk".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR