Bank Of Baku

Almaniya Avropa İttifaqına Rusiya vətəndaşlarına qarşı sanksiya siyahısının genişləndirilməsini təklif edir

Almaniya Avropa İttifaqına Rusiya vətəndaşlarına qarşı sanksiya siyahısının genişləndirilməsini təklif edir
# 01 sentyabr 2026 20:22 (UTC +04:00)

Almaniya Avropa İttifaqında Rusiya vətəndaşları ilə bağlı yeni sanksiya siyahılarının yaradılması təşəbbüsü ilə çıxış edəcək.

APA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Berlində jurnalistlərə açıqlamasında bildirib.

“Avropa İttifaqında hibrid hücumlar kontekstində Rusiyadan olan şəxslərlə bağlı yeni siyahılar təklif edəcəyik”, – o bildirib.

Çərşənbə axşamı Almaniya hökuməti Leypsiq/Halle hava limanında baş vermiş pilotsuz uçuş aparatı insidentinə görə məsuliyyəti rəsmi olaraq Rusiyanın üzərinə qoyub və əks tədbirlər görülməsini istəyib.

Rusiya səfirliyi isə daha əvvəl Berlində baş verən insidenti tələsik hazırlanmış təxribat adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR