"Trabzonspor"un baş məşqçisi Fatih Tekke postunu tərk edib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun iddiasına görə, 48 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib.
Qeyd edək ki, Fatih Tekke 2025-ci ildən "Trabzonspor"u çalışdırırdı.