Bank Of Baku

Almaniya Gürcüstanla 237 milyon avro dəyərində layihələrin icrasını dayandırıb

Almaniya Gürcüstanla 237 milyon avro dəyərində layihələrin icrasını dayandırıb
# 23 dekabr 2024 22:15 (UTC +04:00)

Almaniya Gürcüstanla 237 milyon avro dəyərində layihələrin icrasını dayandırıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer “X” hesabında bildirib.

“Biz yaşıl hidrogenin, enerji şəbəkəsinin, Batuminin su infrastrukturunun maliyyələşdirilməsini dayandırdıq”, - Peter Fişer yazıb.

Onun sözlərinə görə, qərar Gürcüstanın Aİ yolundan uzaqlaşması və etirazçılara təzyiqlə əlaqədar qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR