Bank Of Baku

Almaniya Kansleri İsrailə səfər edəcək

Almaniya Kansleri- Fridrix Merts

© APA | Almaniya Kansleri- Fridrix Merts

# 24 noyabr 2025 17:18 (UTC +04:00)

Almaniya Kansleri Fridrix Merts İsrailə ilk rəsmi səfərini edəcək.

APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata görə, səfər 6-7 dekabr tarixlərində baş tutacaq və Kanslerin “Yad Vaşem” Holokost memorialını ziyarət etməsi planlaşdırılır.

Qeyd edək ki, bu yaxınlarda Almaniya İsrailə bəzi silahların ixracına qoyulmuş qadağanı ləğv edəcəyini elan edib. Almaniya İsrailə ən çox silah ixrac edən ikinci ölkə hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR