Paşha Bank
Bank Of Baku

“Azpetrol” şirkətinin “Nağdsız hesablaşmalar” şöbəsi müştərilərin xidmətindədir

“Azpetrol” şirkətinin “Nağdsız hesablaşmalar” şöbəsi müştərilərin xidmətindədir
# 23 oktyabr 2026 11:00 (UTC +04:00)

“Azpetrol” şirkətinin “Nağdsız hesablaşmalar” şöbəsi müştərilərə yanacağın nağdsız satışı üzrə operativ və yüksək səviyyəli xidmətlər təqdim edir. Şöbənin əsas məqsədi müştərilərin tələbatını və rahatlığını nəzərə alaraq yanacaq xərclərinin daha səmərəli idarə olunmasına imkan yaradan müasir həllər təqdim etməkdir.

2002-ci ildən etibarən “Azpetrol” yanacaqdoldurma məntəqələrində dünya standartlarına uyğun müasir Smart Kart sistemi tətbiq edilir. Bu sistem müştərilərə yanacaq istifadəsinə nəzarət etmək və yanacağa sərf olunan xərcləri daha rahat şəkildə izləmək imkanı yaradır.

2011-ci ildən etibarən isə Smart Kart xidmətlərindən istifadə edən müştərilərin sayının artması və müasir texnologiyaların imkanlarının genişlənməsi nəzərə alınaraq, daha müasir və təhlükəsiz “Petrol Plus Online” proqramının tətbiqinə başlanılıb.

Smart Kart vasitəsilə müştərilər yanacaq xərclərini izləyə və onlara nəzarət edə bilirlər. Kartın sifarişi “Azpetrol”un rəsmi internet saytı üzərindən onlayn şəkildə həyata keçirilə bilər.

Bununla yanaşı, “Nağdsız hesablaşmalar” şöbəsi müştərilərə “Azpetrol Hədiyyə Kartları” xidmətini də təqdim edir. Müxtəlif nominalda təqdim olunan hədiyyə kartlarından həm fərdi, həm də korporativ məqsədlərlə istifadə etmək mümkündür.

“Azpetrol” müştərilərinin rahatlığını təmin etmək, xidmət keyfiyyətini yüksəltmək və müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq istiqamətində fəaliyyətini davam etdirir.

Ətraflı məlumat üçün 957 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Azpetrol – Daim inkişafa doğru!

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR