Bank Of Baku

Almaniya “Leopard 2” tanklarını hansı halda Ukraynaya verəcəyini açıqlayıb

Almaniya “Leopard 2” tanklarını hansı halda Ukraynaya verəcəyini açıqlayıb
# 19 yanvar 2023 10:05 (UTC +04:00)

Almaniya Ukraynaya öz istehsal etdiyi “Leopard 2” tanklarını o zaman verəcək ki, ABŞ da “M1 Abrams” tanklarını verəcək.

APA xəbər verir ki, bu barədə Berlinin hökumət rəsmisi “Reuters”ə açıqlamasında bildirib.

Mənbənin sözlərinə görə, kansler Olaf Şolts son günlərdə bir neçə dəfə bağlı qapılar arxasında vurğulayıb ki, Ukraynaya həm də ABŞ tankları göndərilməlidir.

Almaniya istehsalı “Leopard 2” tankları Qərb istehsalı olan ən yaxşı tanklardan hesab edilir. 60 tonluq tanklar 120 millimetrlik silaha malikdir və hədəfi 5 kilometr məsafədən vurmaq qabiliyyətindədir.

Hazırda Ukraynanın istifadə etdiyi tanklar isə əsasən sovet dövründən qalmış T-72 tankının müxtəlif variantlarıdır. “Leopard 2” tanklarınının istifadəsi ukraynalılara həlledici üstünlük qazandıra bilər.

Polşa da daxil olmaqla bir sıra Avropa ölkələri Almaniyanı sözügedən tankların Ukraynaya transferinə icazə verməyə çağırır. Polşa Prezidenti Andjey Duda ötən həftə bildirib ki, ölkəsi Berlin təkrar ixraca icazə verəcəyi təqdirdə Ukraynaya "Leopard 2" tankları tədarük etməyə hazırdır.

Qeyd edək ki, bu gün Almaniyanın yeni müdafiə naziri Boris Pistorius Pentaqon rəhbəri Lloyd Ostinlə görüşə ev sahibliyi edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR