Bank Of Baku

Almaniya Rusiyanın Bonndakı konsulluğunu və Berlindəki mədəniyyət mərkəzini bağlayır

Almaniya Rusiyanın Bonndakı konsulluğunu və Berlindəki mədəniyyət mərkəzini bağlayır
# 02 sentyabr 2026 00:58 (UTC +04:00)

Almaniya Rusiyanın Bonndakı Baş Konsulluğunun və Berlində fəaliyyət göstərən Rusiya mədəniyyət mərkəzinin bağlanması barədə qərar qəbul edib.

APA xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib.

Qərar Almaniya hökumətinin Rusiya hərbi kəşfiyyatının avqust ayında ölkə ərazisində Ukraynaya məxsus təyyarəyə qarşı PUA və partlayıcı maddədən istifadə etməklə hücum təşkil etməyə cəhd göstərdiyi qənaətinə gəlməsindən sonra qəbul edilib.

“Rusiyanın Bonndakı Baş Konsulluğu sentyabrın 18-dək bağlanacaq”, – deyə Vadeful bildirib.

Nazir, həmçinin Berlindəki “Rusiya evi”nin icarə müqaviləsinin ləğv ediləcəyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR