Almaniya ukraynalı qaçqınlar üçün müdafiə statusunu 2025-ci ilin martına qədər uzadıb.
APA “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının Federal Daxili İşlər Nazirliyi fərmanı parlamentin yuxarı palatası tərəfindən təsdiqlənib.
Nazirliyin fərmanına əsasən, ukraynalıların yaşayış statusunun uzadılması üçün müraciət etməsinə ehtiyac olmayacaq və immiqrasiya orqanları ilə əlaqəli görüşlər tələb olunmayacaq.
Statistika göstərir ki, cari ilin iyun ayının sonunda Almaniyada 3,26 milyon qaçqın qeydə alınıb ki, bu da ötən ilin sonu ilə müqayisədə 111 min nəfər çoxdur.
Nəşr yazır ki, bu qərarın verilməsi, Avropa İttifaqında ukraynalılar üçün müvəqqəti mühafizə statusunun 2025-ci il martın 3-dək uzadılması ilə bağlı Avropa Komissiyasının təklifini Avropa Şurası dəstəklədikdən sonra gözlənilirdi.