Almaniya və Ukrayna müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb.
Bu barədə “UNIAN” məlumat yayıb.
Almaniya Kansleri Fridrix Merts qeyd edib ki, Berlin və Kiyev ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir.
Almaniya və Ukrayna, eyni zamanda, yeni yardım paketi üzrə razılığa gəliblər. Paketə Hava Hücumundan Müdafiə sistemləri, pilotsuz uçuş aparatları və sursatlar üzrə əlavə dəstək daxildir.