Almaniyada yaşayan türk əsilli vətəndaşlar zəlzələ bölgəsindəki qohumlarını ölkələrinə rahatlıqla gətirə biləcək.
APA xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok bildirib.
“Biz Almaniyadakı ailələrə zəlzələdən zərər çəkmiş qohumlarının artıq evləri olmadığı və ya müalicəyə ehtiyacı olduğu halda onları müvəqqəti qəbul etmələrinə kömək etmək istəyirik.
Almaniya XİN və Daxili İşlər Nazirliyi bununla bağlı işçi qrupu yaradıb və onlar artıq bu məsələ üzərində işləyir. Məqsəd zərərçəkənlər üçün viza prosedurlarını mümkün qədər asanlaşdırmaq və bürokratiyanı aradan qaldırmaqdır”, - deyə Berbok bildirib.
Annalena Berbok əlavə edib ki, bu məsələ ilə bağlı Türkiyədəki Almaniya nümayəndəliklərində işçilərin sayı artırılıb.