Almaniyada aralarında Ermənistan vətəndaşı olan casus şəbəkəsi ifşa edilib

Almaniyada aralarında Ermənistan vətəndaşı olan casus şəbəkəsi ifşa edilib
# 21 iyun 2024 17:15 (UTC +04:00)

Almaniyada digər dövlətin maraqları naminə casusluq etməkdə şübhəli bilinən Ermənistan, Rusiya və Ukrayna vətəndaşları olan Robert A., Vardges İ. Və Arman S. adlı üç nəfər saxlanılıb.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, artıq Federal Prokurorluğun təqdimatı əsasında məhkəmə onların barəsində həbs qərarı verib.

Bildirilib ki, adları çəkilən şəxslər üçüncü dövlətin tapşırıqları əsasında Almaniyaya gələrək, həmin ölkənin ərazisində olan Ukrayna vətəndaşı barədə məxfi məlumatları toplayıblar.

Barəsində informasiya toplanan həmin şəxsin adı istintaq sirri olduğundan açıqlanmır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR