Bank Of Baku

Almaniyada avtomobili insan izdihamının üzərinə sürənlərdən biri Səudiyyə Ərəbistanı əsillidir - VİDEO - YENİLƏNİB

Almaniyada avtomobili insan izdihamının üzərinə sürənlərdən biri Səudiyyə Ərəbistanı əsillidir - VİDEO   - YENİLƏNİB
# 21 dekabr 2024 01:58 (UTC +04:00)

Polis sürətlə insanların üzərinə sürən avtomobilin sürücüsünü saxlayıb və onun 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanı əsilli olduğu bildirilir.

APA xəbər verir ki, bu haqda “Welt qəzeti hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb.

Maqdeburqda insident baş verən yerdə partlayıcı maddələrin axtarışı aparılır.

Hadisə şahidləri avtomobilin məqsədli şəkildə bazara gələnlərə doğru hərəkət etdiyini qeyd ediblər.

Dövlət rəsmiləri hadisəni terror aktı kimi qiymətləndiriblər.

Hadisə nəticəsində 4 nəfər ölüb, 80 nəfərə qədər insan xəsarət alıb.

***

23:19

Almaniyanın Maqdeburq şəhərində milad bazarında iki avtomobil insan izdihamının üzərinə sürülüb.

APA xəbər verir ki, yerli KİV-in məlumatına görə hadisə nəticəsində 11 nəfər ölüb, 60 nəfər yaralanıb.

Hüquq mühafizə orqanları hadisənin terror aktı olub-olmaması üzərində araşdırma aparır.

Sürücülərdən birinin saxlanıldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR