Almaniya sakinlərinin böyük əksəriyyəti kansler Fridrix Merzin və onun rəhbərlik etdiyi federal hökumətin fəaliyyətindən narazıdır.
“Bild” qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 76 faizi kanslerin fəaliyyətini mənfi qiymətləndirib.
Sorğuda iştirak edənlərin 77 faizi isə federal hökumətin işindən narazı olduğunu bildirib.
Bununla yanaşı, 2027-ci ilin dövlət büdcəsi layihəsi ətrafında hakim koalisiyada yaranan fikir ayrılıqlarına baxmayaraq, kansler və hökumətin reytinqində müəyyən artım qeydə alınıb.
Belə ki, noyabrın əvvəli ilə müqayisədə Merzin fəaliyyətini bəyənənlərin payı 3 faiz bəndi artaraq 16 faizə, federal hökumətin fəaliyyətini dəstəkləyənlərin payı isə 15 faizə çatıb.