Almaniya polisi Rusiyanın tapşırığı ilə təxribat hücumları hazırlamaqda şübhəli bilinən iki Belarus vətəndaşını saxlayıb.
Bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.
Məlumata görə, şübhəlilər Almaniyanın cənubunda dəmir yolu xəttinin və elektrik ötürücü xəttinin yaxınlığında yanğınlar törətməyi planlaşdırıblar.
“Der Spiegel”in təhlükəsizlik mənbələrinə istinadən yaydığı məlumata əsasən, 39 və 50 yaşlı iki şəxs həbs olunub.