Almaniyada güclü yağışların səbəb olduğu sel nəticəsində ölənlərin sayı artıb.
APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, Almaniyanın qərbində sel nəticəsində həyatını itirənlərin sayı 42 nəfərə çatıb.
Ölümlərin çoxu Reynland-Pfalts və Şimali Reyn-Vestfaliya federal torpaqlarında qeydə alınıb.
Yerli polisdən bildirilib ki, 70-ə yaxın insan hələ də itkindir.
***
saat 11:17
Almaniyada güclü yağışların səbəb olduğu sel nəticəsində ölənlər və itkin düşənlər var.
APA-nın DW-ya istinadən verdiyi xəbərə görə, Almaniyanın qərbində - Reynland-Pfalts federal torpağında sel nəticəsində 6 nəfər ölüb.
Altı evin çökməsi nəticəsində 50-yə yaxın adam itkin düşüb.
Yerli polisdən verilən məlumata görə, Şuld bölgəsində təxminən 25 bina çökmə riski altındadır.
Reynland-Pfaltsın Vulkaneyfel bölgəsində fövqəladə vəziyyət elan olunub.