Paşha Bank
Bank Of Baku

Almaniyanın xarici işlər naziri Ermənistana gedib

Almaniyanın xarici işlər naziri Yohann Vadeful

© APA | Almaniyanın xarici işlər naziri Yohann Vadeful

# 18 noyabr 2026 14:10 (UTC +04:00)

Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Bakından İrəvana uçan təyyarəsi Gürcüstanın hava məkanından keçib.

Bu barədə "Sputnik-Armenia" məlumat yayıb.

Məlumata görə, nazirin olduğu Almaniya Hərbi Hava Qüvvələrinə məxsus Airbus A350-900 tipli təyyarənin uçuş marşrutu Flightradar24 platformasının məlumatlarında əks olunub.

Qeyd edək ki, Yohann Vadeful noyabrın 17-18-də Azərbaycanda səfərdə olub. O, bu gün İrəvana gedərək Ermənistan rəhbərliyi ilə görüşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR