Paşha Bank
Bank Of Baku

Rafiq Danakari: Amaras monastırına ziyarət xüsusi əhəmiyyət daşıyır

Rafiq Danakari: Amaras monastırına ziyarət xüsusi əhəmiyyət daşıyır
# 18 noyabr 2026 14:06 (UTC +04:00)

Amaras monastırına ziyarət bizim üçün xüsusi əhəmiyyət daşıyır.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Alban-Udi xristian dini icmasının sədr müavini Rafiq Danakari Xocavənd rayonunun Cütcü kəndi ərazisində yerləşən Amaras monastırının ziyarətindən sonra jurnalistlərə açıqlamasında deyib.

R. Danakari bildirib ki, icma nümayəndələri monastırda Udi dilində dualar oxuyub, şamlar yandıraraq dini ayinlər icra ediblər:

"Bu gün biz çox xoşbəxtik. Uzun illər bu monastıra gələ bilmirdik. Çünki monastır bizim üçün bağlı idi. Ulu babalarımıza da erməni-qriqorian kilsəsinə tabe olmadıqları üçün bura girişə məhdudiyyət qoyulmuşdu. Bu gün burada ana dilimizdə dualar oxuduq, şamlar yandırdıq. Artıq altıncı ildir ki, azad edilmiş torpaqlardakı müqəddəs ocaqları ziyarət edir, dualar oxuyuruq".

R. Danakari bir daha Azərbaycan torpağında müharibənin olmamasını arzuladıqlarını vurğulayıb.

İcma sədrinin müavini Amaras monastırına ziyarətin bütün dünyaya ünvanlanan mesaj olduğunu vurğulayıb:

"Bir daha göstəririk ki, azad edilmiş torpaqlarda ulu babalarımızdan bizə qalan bu miras Azərbaycan xalqına aiddir. Bu, bizim mədəniyyətimiz, irsimizdir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR