Bank Of Baku

Araxamiya: “Rusiya ilə sülh müqaviləsi bir şərtlə imzalana bilər”

Araxamiya: “Rusiya ilə sülh müqaviləsi bir şərtlə imzalana bilər”
# 30 mart 2022 17:14 (UTC +04:00)

Rusiya ilə sülh müqaviləsi yalnız Rusiya qoşunlarının 23 fevrala qədər nəzarət altında saxladığı Ukrayna ərazilərinə geri çəkilməsindən sonra imzalana bilər.

APA xəbər verir ki, bu barədə “RBK-Ukraina” saytına müsahibəsi zamanı Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edən David Araxamiya deyib.

“Biz müqavilənin şərti imzalanma mərhələsinə, yaxud mövzunu ciddi müzakirə edəcəyimiz məqama çatsaq, o zaman onlar torpaqlarımızdan getməli olacaqlar. Və onda artıq biz sənədi imzalamaq, baxmaq, yaxud paraflamağa başlayacağıq”, - Araxamiya bildirib.

O, sülh müqaviləsinin hər detalının ayrı-ayrılıqda hazırlandığını, amma kompleks imzalanacağını vurğulayıb.

“Əgər bu olmasa, danışıqlar bütün mənasını itirir”, - Araxamiya qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR