Avropa İttifaqının (Aİ) Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varheli 6-7 sentyabr tarixlərdə Türkiyədə işgüzar səfərdə olacaq.
APA-nın yerli bürosunun Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən xəbərinə görə, Aİ nümayəndəsi xarici işlər, daxili işlər və ticarət nazirləri, habelə digər yüksək səviyyəli şxslərlə görüşəcək.
Görüşlər çərçivəsində Türkiyə-Aİ münasibətlərinin bütün aspektləri müzakirə olunacaq.