Polşa Avropa Məhkəməsinin ölkədə aparılan məhkəmə islahatları ilə bağlı qərarlarına əməl etmədiyinə görə Avropa Komissiyasına 174 milyon avro cərimə ödəməlidir.
APA-nın RMF FM radiostansiyasına istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand bildirib.
KİV-in məlumatına görə, bu vəsaitlər ölkəyə Avropa fondlarından ayrılan vəsaitlərdən çıxılacaq. Varşava cərimələri ödəmək fikrində olmadığı üçün belə tədbirlər tətbiq olunacaq.