Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen İttifaq ölkələrini Ukraynaya silah təchizatını sürətləndirməyə çağırıb.
APA-nın xəbərinə görə, Lyayen bunu Almaniyanın “Bild” nəşrinə müsahibəsində deyib.
“Aİ-nin bütün ölkələri bacardıqları qədər silah təchiz etməlidir. Yalnız bu halda Ukrayna öz ağır müdafiəsini təmin edə bilər” – deyə Lyayen vurğulayıb.