Bank Of Baku

Avropa liderləri və Zelenski arasında birgə telefon danışığı olub

Avropa liderləri və Zelenski arasında birgə telefon danışığı olub
# 21 noyabr 2025 16:55 (UTC +04:00)

Almaniya, Fransa və Böyük Britaniya liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski arasında birgə telefon danışığı olub.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

Bildirilib ki, Avropa liderləri Zelenski ilə söhbət zamanı Ukraynanın öz suverenliyini qoruyub saxlamalı olduğunu vurğulayıblar.

Zelenski və Avropa liderləri ABŞ-ın Ukraynadakı müharibəni sonlandırmaq cəhdlərini müsbət qarşıladıqlarını bildiriblər.

Almaniya Kansleri Fridrdix Mertz, Böyük Britaniya Baş naziri Keir Starmer və Fransa Prezidenti Emmanuel Makron Ukraynaya davamlı və ədalətli sülh yolunda dəstəklərini ifadə ediblər və vurğulayıblar ki, Avropa Ukraynanı konkret təhlükəsizlik zəmanətləri ilə təmin etməyə hazırdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR