Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard fevralda vəzifəsindən ayrılacaq.
APA xəbər verir ki, bu barədə AMB-nin bəyanatında bildirilib.
“Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard bu gün AMB-nin İdarəetmə Şurasını və Avropa Şurasının prezidenti Antonio Koştanı 2027-ci il fevralın 7-də vəzifəsindən ayrılacağı barədə məlumatlandırıb”, – bəyanatda qeyd olunub.
Laqardın səlahiyyət müddəti 2027-ci ilin oktyabrında başa çatmalı idi. Onun vaxtından əvvəl ayrılması Avropa İttifaqı liderlərinə yeni prezidentin seçilməsi üçün əlavə vaxt verəcək.
Kristin Laqard 2019-cu ilin noyabrından Avropa Mərkəzi Bankına rəhbərlik edir. Bundan əvvəl o, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru vəzifəsində çalışıb.