Avropa Parlamentinin Prezidenti Roberta Metsola Kiyevdə səfərdədir.
APA xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal "Twitter"də bildirib.
“Avropa Parlamentinin Prezidentinin Kiyevə səfəri siyasi dəstəyin güclü siqnalıdır. Biz təcavüzkarın qarşısını almaq üçün sanksiyaların sərtləşdirilməsini müzakirə etdik”, - Şmıqal qeyd edib.
Ukrayna Baş naziri bildirib ki, Ukrayna öz gələcək inkişafı yolunda növbəti addıma tam hazırdır.
O, Aİ-yə verdiyi dəstəyə görə təşəkkür edib.