Bank Of Baku

Avropanın avtomobil şirkətlərinin satışları azalıb

Avropanın avtomobil şirkətlərinin satışları azalıb
# 20 fevral 2022 06:07 (UTC +04:00)

Avropa Avtomobil Konstruktorları Assosiasiyası yanvar ayında markalar üzrə təzə avtomobil satışlarının statistikasını yayıb.

APA-nın xəbərinə görə, Avropanın bütün istehsalçılarının satışları geriləyib. “Volkswagen” qrupunun satışları ay ərzində 7% azalıb. Onun rəqibi “Stellantis”də geriləmə daha ciddidir: 15,1%.

“Renault” qrupunun ən çox satılan modeli “Dacia”nın satışında azalma 16%-ə çatır.

Alman istehsalçılara gəlincə, “BMW”nin satışları 9,2%, onun rəqibi “Mercedes”in satışları 13,8% azalıb.

Avropalı istehsalçıların tənəzzülü fonunda asiyalı istehsalçıların satışlarında davamlı artım müşahidə olunur. “Toyota”nın satışları 9,7%, Hyundai-Kia qrupunun satışları isə 28,7% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR