Bank Of Baku

Baltikyanı ölkələrin XİN başçıları Ukrayna ilə bağlı Almaniyaya çağırış edib

Litva XİN başçısı Qabrielius Landsberqis

© APA | Litva XİN başçısı Qabrielius Landsberqis

# 21 yanvar 2023 12:05 (UTC +04:00)

Baltikyanı ölkələrin xarici işlər nazirləri Ukrayna ilə bağlı Almaniyaya çağırış edib.

APA xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis bildirib.

"Biz - Litva, Latviya və Estoniya xarici işlər nazirləri, indi Ukraynanın "Leopard" tankları ilə təminatı üçün Almaniyaya çağırış edirik. Bu, Rusiyanın təcavüzünü dayandırmaq, Ukraynaya kömək etmək və Avropada sülhü tez bir zamanda bərpa etmək üçün vacibdir', Qabrielius vurğulayıb.

Litva XİN başçısı deyib ki, Avropanın aparıcı gücü kimi Almaniyanın bu məsələdə xüsusi məsuliyyəti var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR