Bank Of Baku

Baş nazir: Britaniya Aİ ilə münasibətlərin bərpasını istəyir

Böyük Birtaniyanın baş naziri Keir Starmer - Almaniyanın kansleri Olaf Şolts

© APA | Böyük Birtaniyanın baş naziri Keir Starmer - Almaniyanın kansleri Olaf Şolts

# 28 avqust 2024 16:38 (UTC +04:00)

Böyük Britaniya və Almaniya bundan sonra da Ukraynaya siyasi, iqtisadi və hərbi dəstəyi davam etdirəcək.

APA-nın Sky News”a istinadən xəbərinə görə, bu barədə hər iki ölkənin hökumət rəhbərləri Kir Starmerlə Olaf Şolts Berlindəki birgə mətbuat konfransında bildiriblər.


Kir Starmer deyib ki, Ukrayna təkcə özü üçün deyil, Avropa naminə də mübarizə aparır. Böyük Birtaniyanın hökumət başçısı həmçinin krallığın Avropa İttifaqı (Aİ) ilə münasibətlərin bərpasını istədiklərini də əlavə edib:

“Lakin bu, heç də “Brexit”in nəticələrinin ləğvi demək deyil. Biz sadəcə Avropa İttifaqı ilə siyasət, iqtisadiyyat, eləcə də hərbi sənaye sahələrində əməkdaşlıq etmək istəyirik. Ölkəmiz bundan sonra da öz maraqlarının müdafiəsini təmin edəcək. Hər iki dövlət arasında Yaxın Şərq məsələsində də ortaq mövqe mövcuddur. Hesab edirik ki, İsrail özünümüdafiə hüququna malikdir”.

Tərəflər ilin sonunadək Aİ ilə Böyük Britaniya arasında ticarət sazişinin imzalanacağına ümidvar olduğunu bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR