Bank Of Baku

Berbok: Almaniyanın "Şimal Axını 2" layihəsində israrı ciddi səhv olub

Berbok: Almaniyanın "Şimal Axını 2" layihəsində israrı ciddi səhv olub
# 09 may 2023 18:01 (UTC +04:00)

Almaniyanın regiondakı qonşularının açıq etirazlarına rəğmən Rusiyadan qaz idxalı üçün "Şimal Axını 2" layihəsində israr etməsi ciddi səhv olub və Almaniyaya baha başa gəlib.

APA xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok Berlində keçirilən Baltik Dənizi Külək Enerjisi Forumunda çıxışı zamanı deyib.

“Onlar haqlı idilər, biz isə səhv idik”, - o, əlavə edib.

Berbok qeyd edib ki, Almaniya Rusiyadan idxal etdiyi qazın hər kubmetri üçün öz təhlükəsizliyindən qurban verib.

Berbok ölkəsinin Baltik dənizindəki enerji siyasəti çox uğursuz olduğunu və bu səhvin indi ofşor külək enerjisi stansiyaları hesabına düzəldiləcəyini vurğulayıb:

“Hər bir külək turbini bizim təhlükəsizliyimizə investisiyadır. Bu, bizim hər zaman etibar edə bilməyəcəyimiz ölkələrdən asılılığımızı azaldacaq”.

Berbok Baltik dənizinin külək enerjisi potensialının 93 giqavat olduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR