Berbok: Gürcüstan hakimiyyəti ölkənin Aİ-yə gedən yolunu bağlayır

Berbok: Gürcüstan hakimiyyəti ölkənin Aİ-yə gedən yolunu bağlayır
# 27 may 2024 12:58 (UTC +04:00)

Gürcüstan hakimiyyəti “xarici təsir” haqqında qanun layihəsini qəbul etməklə ölkənin Avropa İttifaqına gedən yolunu bağlayır.

APA-nın Xarici KİV-ə istinadən xəbərinə görə, bunu Annalena Berbok deyib.

O bildirib ki, sözü gedən addım həm də hakimiyyətin gürcü xalqının iradəsinə qarşı çıxmaq niyyətindən xəbər verir:

“Mən çox təəssüf edirəm ki, Gürcüstan hakimiyyəti bu qanunla ölkəni Avropaya aparan yolunu bağlayır. Bu isə gənclər başda olmaqla, bütün vətəndaşların arzusudur” – A. Berbok deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR