Bank Of Baku

Berlində İkinci Dünya müharibəsindən qalma bomba səbəbindən 5,6 min nəfər təxliyə edilir

Berlində İkinci Dünya müharibəsindən qalma bomba səbəbindən 5,6 min nəfər təxliyə edilir
# 26 avqust 2026 19:56 (UTC +04:00)

Almaniyanın paytaxtı Berlində İkinci Dünya müharibəsindən qalma bombanın aşkarlanması səbəbindən təxminən 5,6 min ev və mənzilin sakinləri təxliyə edilir.

APA xəbər verir ki, bu barədə paytaxtın hüquq-mühafizə orqanları məlumat yayıb.

Təhlükəli əşyanın aşkarlandığı ərazinin 500 metr radiusunda təhlükəsizlik zonası yaradılıb. Bu ərazidə qocalar evi, uşaq bağçası və evsizlər üçün sığınacaq da yerləşir. İnsanların təxliyəsinə artıq başlanılıb. Əməliyyata 200 polis əməkdaşı, yanğınsöndürənlər, xilasedicilər və tibb işçiləri cəlb olunub. Yaxınlarının yanında qala bilməyən şəxslər üçün müvəqqəti yerləşdirmə mərkəzi yaradılıb.

Təxminən 100 kiloqram ağırlığında olan mərmi Noykölndə gəmiçilik kanalının dibində aşkarlanıb. Ərazinin yaxınlığından Berlindəki hərəkətli Zonnenallee küçəsi keçir. Bomba kanalın dibindən çıxarılaraq üzən pontona yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR