Beynəlxalq Konfransda Ukrayna üzrə yekun sənədi 91 ölkədən 80-i dəstəkləyib

Beynəlxalq Konfransda Ukrayna üzrə yekun sənədi 91 ölkədən 80-i dəstəkləyib
# 16 iyun 2024 16:34 (UTC +04:00)

İyunun 15-16-da Bürgenştokda keçirilən Ukrayna üzrə beynəlxalq sülh konfransının yekun sənədi forumda iştirak edən 91 ölkədən 80-i tərəfindən dəstəklənib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, sənədi təsdiq edən ölkələrin siyahısı iclasın təşkilatçıları tərəfindən dərc edilib.

Sənədi dəstəkləyən ölkələr arasında xüsusilə Braziliya, Hindistan və Səudiyyə Ərəbistanı yoxdur. Üstəlik, Vatikan tərəfindən imzalanmayıb. Konfransda Müqəddəs Taxt-Tac-ı Vatikanın dövlət katibi kardinal Pietro Parolin təmsil edib.

Eyni zamanda siyahıda İsveçrə, Türkiyə, Aİ ölkələri və ABŞ yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR