Paşha Bank
Bank Of Baku

Bild: Almaniyada əmək nazirinin istefası hakim koalisiyada fikir ayrılıqlarını dərinləşdirib

Bild: Almaniyada əmək nazirinin istefası hakim koalisiyada fikir ayrılıqlarını dərinləşdirib
# 13 oktyabr 2026 21:32 (UTC +04:00)

Almaniyanın əmək və sosial məsələlər naziri, Sosial Demokrat Partiyasının (SPD) həmsədri Berbel Basın istefası hakim koalisiya daxilində ciddi fikir ayrılıqlarını üzə çıxarıb.

“Bild” qəzetinin məlumatına görə, Basın istefasından sonra sosial demokratlarla Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı (CDU/CSU) bloku arasında münasibətlər daha da gərginləşib.

Nəşr yazır ki, SPD rəhbərliyinin qapalı iclasında mühafizəkarlar sərt tənqid olunublar. Sosial demokratlar koalisiya tərəfdaşlarını etik davranış qaydalarına əməl etməməkdə ittiham ediblər.

Partiya nümayəndələri bildiriblər ki, iqtisadiyyat naziri Katerina Rayxe yayda əməliyyat olunmaq üçün dörd həftəlik xəstəlik məzuniyyətinə çıxdıqda ona qarşı tənqidləri tam dayandırıblar. Lakin onların fikrincə, mühafizəkarlar Berbel Basa münasibətdə eyni həmrəyliyi nümayiş etdirməyiblər.

CDU/CSU bloku isə ittihamları əsassız adlandırıb.

Almaniya Kansleri və CDU sədri Fridrix Merts sosial demokratların ittihamlarına cavab olaraq SPD rəhbərliyini və federal əyalət hökumətlərinin başçılarını ifadələrində diqqətli olmağa çağırıb.

Merts bildirib ki, Berbel Basa qarşı iradları yalnız peşəkar fəaliyyətlə bağlı olub və heç vaxt şəxsi xarakter daşımayıb. Kansler partiya yoldaşlarından da Basa münasibətdə lazımi insani və xristian dəyərlərinə uyğun hörmət göstərməyi tələb etdiyini vurğulayıb.

Xatırladaq ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Berbel Basın istefasını qəbul etdikdən sonra Reynland-Pfalts federal əyalətinin sabiq Baş naziri Aleksander Şvaytseri əmək və sosial məsələlər naziri təyin edib.

Berbel Bas istefasını şəxsi səbəblərlə, o cümlədən ögey qızının vəfatı, həmçinin koalisiya tərəfdaşı CDU/CSU blokunun ona qarşı hücumları ilə izah edib.

Onun SPD həmsədri vəzifəsində kimin əvəzləyəcəyi hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR