Bank Of Baku

BMT Baş katibi Ukraynadakı müharibənin tezliklə bitəcəyinə inanmır

BMT Baş katibi Ukraynadakı müharibənin tezliklə bitəcəyinə inanmır
# 18 yanvar 2023 15:10 (UTC +04:00)

"Çox təssüflə deməliyəm ki, Ukraynadakı müharibənin tezliklə bitəcəyini gözləmirəm".

APA xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş Davosda keçirilən Dünya İqtisadi Forumunda müzakirələr zamanı deyib.

O bildirib ki, hazırda tərəflər arasında sülhün əldə olunması üçün danışıqlar şansı real görünmür.

"Rusiya və Ukrayna arasında həm də keçmişlə bağlı fikir müxtəlifliyi var. Bu, vəziyyəti daha da çətinləşdirir, həll yoluna mane törədir lakin biz inanırıq ki, münaqişənin həll yolu beynəlxalq hüquqa əsaslanmalıdır. Bu isə o deməkdir ki, Ukraynanın ərazi bütövlüyü təmin olunmalıdır", - Baş katib vurğulayıb.

Baş katib Antonio Quterreş deyib ki, BMT bu müharibənin ağır nəticələrinin minimuma endirilməsi üçün əlindən gələni edir. BMT Baş katibi "Azovstal" müdafiəçilərinin geri qaytarılması, "Taxıl sazişi"nin imzalanmasında BMT-nin rolunu xatırladıb.

"Ancaq hazırkı situasiyada düşünmürəm ki, tərəflər arasında qısa müddətdə sülh sazişinin əldə olunması üçün müzakirələrdə vasitəçiliyimiz mümkün ola bilər. Çünki tərəflər arasında danışıqlar üçün şans yoxdur. Biz bunun gələcəyini gözləməliyik və eyni zamanda prinsiplərimizdə qətiyyətli olmalıyıq. Bu müharibənin ağır nəticələrinə əngəl olmaq, insanların ağrılarını azaltmaq üçün hər iki tərəflə danışmağa davam etməliyik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR