Bank Of Baku

 BMT-nin Baş katibi Moskva və Kiyevdə görüş keçirmək istəyir

Antonio Quterreş

© APA | Antonio Quterreş

# 20 aprel 2022 22:00 (UTC +04:00)

BMT-nin Baş katibi Antonio Quterreş Ukrayna və Rusiyanın BMT-dəki nümayəndələrinə məktub ünvanlayıb.

APA-nın xəbərinə görə, bu barədə Baş katibin sözçüsü Stefan Düjarrik bildirib.

Düjarrik bildirib ki, Baş katib Volodimir Zelenski və Vladimir Putindən onu öz ölkələrində qəbul etməsini xahiş edib.

Düjarriklin sözlərinə görə, Baş katib bildirib ki, indiki çətin dövrdə Ukraynada sülhün bərqərar olması üçün təcili addımlar atılmalıdır. Ukrayna və Rusiya BMT-nin qurucu dövlətlərindəndir.

Sözçü bildirib ki, məktub axşam saatlarında nümayəndəliklərə təqdim edilib və hələ ki cavab verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR