BMT rəsmisi: Qəzza zolağında atəşkəs əldə olunmasa, bir nəsil məhv olacaq

BMT rəsmisi: Qəzza zolağında atəşkəs əldə olunmasa, bir nəsil məhv olacaq
# 14 iyun 2024 06:40 (UTC +04:00)

İsrailin hücumları altında olan Qəzza zolağında atəşkəs əldə olunmasa, bir nəsil məhv olacaq.

APA xəbər verir ki, bunu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filipp Lazzarini mətbuata açıqlamasında deyib.

Qəzzalı uşaqların dünyanın heç bir yerində heç bir uşağın görməməli və yaşamamalı olduğu hadisələri yaşadıqlarını vurğulayan Lazzarini çoxlu sayda insanın öldüyünü və yaralandığını, sağ qalanların isə dərin travmalar yaşadığını qeyd edib.

O bildirib ki, İsrailin hücumları nəticəsində məktəblər dağıdılıb, uşaqlar bütün tədris ilini təhsilsiz və oyunsuz keçiriblər.

Hücumların Qəzzadakı uşaqların uşaqlığını oğurladığını bildirən Lazzarini bir nəslin itiriləcəyi ilə bağlı xəbərdarlıq edib, tərəfləri atəşkəsə çağırıb.

Qeyd edək ki, İsrailin ötən il 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 517-si uşaq, 10 min 279-u qadın olmaqla 37 min 232 fələstinli həlak olub, 85 min 37 nəfər isə yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR