Bank Of Baku

BMT: Son gündə 32 mindən çox insan Ukraynanı tərk edib

BMT: Son gündə 32 mindən çox insan Ukraynanı tərk edib
# 17 aprel 2022 14:08 (UTC +04:00)

Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı başlayandan bəri, qonşu ölkələrə Ukraynadan 4,86 ​​milyondan çox qaçqın gəlib.

APA bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) bu gün verdiyi məlumatda bildirilir.

Məlumata görə, bu rəqəm bir gündə 32,000-dən çox artıb, fevralın 24-dən aprelin 16-dək Ukraynanı tərk edənlərin sayı 4 milyon 869 min 19 nəfərə çatıb.

Gün ərzində 32 574 nəfər qonşu dövlətlərin sərhədlərini keçib.

BMT QAK-ın məlumatına görə, fevralın 24-dən aprelin 16-dək Rusiyaya 484 725, Polşaya 2 763 786, Rumıniyaya 738 862, Macarıstana 458 654 qaçqın gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR