BMT Təhlükəsizlik Şurası Rusiyanın Polşanın hava məkanını pozması ilə bağlı fövqəladə iclas keçirəcək.
APA Polşa Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, iclas Polşanın müraciəti əsasında təşkil olunacaq.
Qeyd edək ki, 10 sentyabr gecə saatlarında Polşa və NATO havadan müdafiə sistemləri Rusiya ərazisindən Polşanın hava məkanına daxil olan çoxsaylı dronları zərərsizləşdirib.