Bank Of Baku

Borel 1 milyon mərminin ilin sonuna qədər Kiyevə tədarükünün tamamlanacağına söz verib

Borel 1 milyon mərminin ilin sonuna qədər Kiyevə tədarükünün tamamlanacağına söz verib
# 12 noyabr 2024 00:51 (UTC +04:00)

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel Kiyevdə Vladimir Zelenski ilə görüşü zamanı Aİ tərəfindən Ukraynaya veriləcək 1 milyon mərminin tədarükünün 2024-cü ilin sonuna qədər tamamlanacağına söz verib.

APA xəbər verir ki, Borel X platformasında Zelenski ilə görüşü zamanı ona Aİ-nin 1 milyon mərminin tədarükü hədəfini ilin sonuna qədər yerinə yetirəcəyini bildirdiyini açıqlayıb.

Qeyd edək ki, Borel artıq üç gündür Kiyevdə vida səfərindədir. O 1 dekabr tarixindən etibarən pensiyaya çıxacaq və onun yerini estoniyalı Kaya Kallas alacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR