Bank Of Baku

Boris Conson: “Bu plan 1945-ci ildən bəri Avropada ən böyük müharibəyə səbəb ola bilər”

Böyük Britaniyanın Baş naziri Boris Conson

© APA | Böyük Britaniyanın Baş naziri Boris Conson

# 20 fevral 2022 09:07 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson İkinci Dünya Müharibəsinin bitməsindən sonra ən böyük müharibə riskindən danışıb və bunu Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə izah edib.

APA bildirir ki, Baş nazir bu barədə BBC-yə müsahibəsində söyləyib.

Siyasətçinin sözlərinə görə, Rusiyanın “müəyyən mənada artıq Ukrayna ərazisini işğal etmək planını həyata keçirməyə başladığına” dair bəzi “işarələr” var:

“Qorxuram ki, indi şahidi olduğumuz bu plan 1945-ci ildən bəri Avropada ən böyük müharibəyə səbəb ola bilər”.

Böyük Britaniyanın baş naziri kəşfiyyat məlumatlarına istinad edərək bildirib ki, rus qoşunları guya Kiyevi “mühasirəyə almağı” planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR