Borrelin sözçüsü: Aİ Dnestryanıdakı vəziyyəti diqqətlə izləyir

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stano

© APA | Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stano

# 29 fevral 2024 19:53 (UTC +04:00)

Avropa İttifaqı Dnestryanıdakı vəziyyətin inkişafını diqqətlə izləyir, Moldovanın ölkədə və regionda sülhün və sabitliyin qorunmasına konstruktiv yanaşma tapmaq bacarığına əmindir.

APA xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stano mətbuat konfransında deyib.

"Avropa İttifaqı Moldova Respublikasında və separatçı Dnestryanı bölgədə vəziyyətin inkişafını çox diqqətlə izləyir. Biz əminik ki, bu regionun sabitliyi hər şeydən əvvəl Dnestrin hər iki sahilindəki əhalinin maraqlarına uyğundur. Bu kontekstdə biz hər iki tərəfi konstruktiv dialoqa çağırırıq. Biz Moldova Respublikasının hökuməti və hakimiyyət orqanları ilə daimi və sıx əlaqədəyik, əminik ki, onlar mövcud vəziyyəti həll etmək üçün mümkün olan hər şeyi edəcəklər", - Peter Stano bildirib.

O, Avropa İttifaqının Dnestryanı ətrafındakı münaqişənin sülh yolu ilə və hərtərəfli həllinə dəstəyini davam etdirdiyini vurğulayıb.

"Bu, Moldova Respublikası ərazisində dondurulmuş münaqişədir, ona görə də biz bu məsələyə Aİ və onun üzv dövlətlərinin tam dəstəyini alan Moldova Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında yanaşırıq", Aİ rəsmisi vurğulayıb.

Xatırladaq ki, fevralın 28-də keçirilən "konvensiyada" Moldovanın separatçı Dnestryanı bölgəsinin deputatları Rusiya Federasiya Şurasına və Dövlət Dumasına müraciət edərək "Moldovadan artan təzyiq" fonunda qondarma respublikanın müdafiəsi üçün tədbirlərin həyata keçirilməsi xahişi ilə müraciət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR