Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Cozep Borrell bildirib ki, Aİ 15 min Ukrayna hərbçisinə təlim keçib və bu, Avropa ictimaiyyətinin hərbi yardımı genişləndirmək niyyətində olduğunu göstərir.
APA-nın xəbərinə görə, o, bu barədə Brüsseldə Aİ Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
Diplomatın fikrincə, Ukraynanın “müdafiəsinin uğuru” həm insanlardan, həm də silah-sursatla təminatdan asılıdır.
“Ona görə də hərbi yardım davam etməli, gücləndirilməli və genişlənməlidir, daha çox hava hücumundan müdafiə sistemi döyüş meydanında öz rolunu oynayacaq. Bu son dərəcə zəruridir”, - Borrell bildirib.
O, həmçinin bildirib ki, Aİ Ukrayna Silahlı Qüvvələrinin 15 min döyüşçüsünün təlimini başa çatdırıb və bu ilin sonuna kimi daha 15 min döyüşçü hazırlanacaq.