"Bosniya və Herseqovinada millətçi və separatist ritorika güclənir".
APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Tühlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell jurnalistlərə açıqlamasında deyib.
C.Borell bildirib ki, bu ritorika ölkədə sabitliyi və hətta ölkənin bütövlüyünü təhlükəyə atır.
"Bu gün keçiriləcək iclasda xarici işlər nazirləri bu dinamikanın qarşısını necə almaq olar bunu müzakirə edəcəklər. Bu kritik vəziyyətdir və təbii ki, XİN başçıları bu barədə vacib qərarlar verməlidirlər", - deyə Cozep Borrell vurğulayıb.