Borrell ilk dəfə Ukraynanın müdafiə naziri Umerovla görüşüb

Cozep Borrel

© APA | Cozep Borrel

# 01 oktyabr 2023 19:41 (UTC +04:00)

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynanın yeni müdafiə naziri Rustem Umerovla görüşüb.

APA xəbər verir ki, bu barədə Borrell X (keçmiş Twitter) mikrobloqunda yazıb.

“Biz Aİ-nin davamlı hərbi yardımını müzakirə etdik. Ukraynanın daha çox imkanlara ehtiyacı var” – o deyib.

Qeyd edək ki, sentyabrın 19-da Borrell bildirib ki, Kiyevdə Aİ xarici işlər nazirlərinin görüşü keçirilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR