Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Kubaya səfər edəcək.
APA xəbər verir ki, Aİ-nin Ali Nümayəndəsi 25-27 may tarixlərində Kubada səfərdə olacaq.
O, Kuba xarici işlər naziri Bruno Rodrigesin də həmsədrlik edəcəyi Aİ-Kuba Birgə Şurasının iclasında iştirak edəcək.
Qeyd edək ki, Aİ-Kuba Siyasi Dialoq və Əməkdaşlıq Sazişi (PDCA) çərçivəsində yaradılmış Birgə Şura 2018-ci ildən mütəmadi olaraq toplanır.