Bank Of Baku

Böyük Britaniya La-Manşda 140 qanunsuz miqrantın olduğu qayığı saxlayıb

Böyük Britaniya La-Manşda 140 qanunsuz miqrantın olduğu qayığı saxlayıb
# 07 sentyabr 2026 01:06 (UTC +04:00)

Böyük Britaniya hökuməti La-Manş boğazında 140 qanunsuz miqrantın olduğu qayığı saxlayıb.

APA xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Əməliyyata Böyük Britaniya Sahil Mühafizəsinin xilasetmə qayıqları, helikopteri və təyyarəsi cəlb olunub.

Qayıq Fransanın Normandiya bölgəsində yerləşən Jobur kommunasından İngiltərənin Hempşir qraflığı sahillərinə doğru hərəkət edirmiş.

Miqrantlar xilasetmə qayıqlarına keçirilib və Portsmuta aparılıb. Onların daha sonra miqrantların saxlanıldığı Manston mərkəzinə göndəriləcəyi gözlənilir.

2018-ci ildən bəri 205 mindən çox qanunsuz miqrant La-Manş vasitəsilə kiçik qayıqlarda Böyük Britaniyaya keçib. Qeyd olunur ki, qanunsuz miqrasiya problemi ölkənin Aİ-dən çıxmasından sonra daha da kəskinləşib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR