Bank Of Baku

Böyük Britaniya süni intellekt təlimi üçün Ukraynanın döyüş meydanlarından əldə olunan məlumatlara çıxış əldə edəcək

Böyük Britaniya süni intellekt təlimi üçün Ukraynanın döyüş meydanlarından əldə olunan məlumatlara çıxış əldə edəcək
# 25 avqust 2026 03:06 (UTC +04:00)

Böyük Britaniya Ukraynanın döyüş meydanlarından əldə olunan və süni intellekt sistemlərinin hazırlanmasında istifadə edilən məlumat bazasına çıxış əldə edəcək.

APA xəbər verir ki, Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, bununla bağlı saziş avqustun 24-də Böyük Britaniyanın baş naziri Endi Bernhemin Kiyevə səfəri zamanı imzalanıb.

Saziş çərçivəsində London Ukraynanın “Avengers AI Labs” süni intellekt laboratoriyasının məlumat bazasından istifadə edə biləcək. Platformada real döyüş şəraitində toplanan məlumatlar və informasiyalar yer alır. Bu məlumatlar Ukraynadakı döyüş bölgələri boyunca quraşdırılmış minlərlə müşahidə kamerası və infraqırmızı sensor vasitəsilə toplanır.

Britaniya Müdafiə Nazirliyi bildirib ki, əldə olunan məlumatlardan ilk növbədə hər iki ölkənin müdafiəsi və milli təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR