London Qara dənizdə Rusiyadan kommersiya gəmilərinin “mühafizəsində” ölkə donanmasının hansı “rol” oynaya biləcəyi sualını araşdırır.
APA xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps “Telegraph” qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, bu məsələni Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə müzakirə edib. London, “Telegraph”ın yazdığı kimi, Ukraynaya yardım göstərməkdə, Qara dənizdəki gəmiləri “qorumaq” üçün daha fəal rol oynamağa hazırlaşır.