Böyük Britaniya hökuməti Əfqanıstanda qalan vətəndaşlarının ölkəni tərk etməsinə kömək etmək üçün təxminən 600 əsgərinin Əfqanıstana göndəriləcəyini açıqlayıb.
APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, hərbi personal Britaniya vətəndaşlarının, habelə Əfqan tərcüməçilərinin köçürülməsi üçün müdafiə və logistika dəstəyini təmin edəcək.
Müdafiə naziri Ben Vallas vətəndaşların, hərbçilərinin və keçmiş Əfqanıstanda çalışan işçilərin təhlükəsizliyinin hökumətin ilk prioriteti olduğunu deyib. Nazir onların təhlükəsizliyini təmin etmək üçün əllərindən gələni edəcəklərini bildirib.
Əfqanıstanda hələ də 4000 Britaniya vətəndaşının olduğu təxmin edilir.
Qeyd edək ki, "Taliban" hərəkatı bu gün Əfqanıstanın üçüncü ən böyük şəhəri olan Herata nəzarəti ələ keçirib.