Bank Of Baku

Britaniya Abramoviçdən “Çelsi”nin satışından əldə olunan 2.5 mlrd. funt-sterlinqin Ukraynaya köçürülməsini tələb edir

Rusiyalı oliqarx Roman Abramoviç

© APA | Rusiyalı oliqarx Roman Abramoviç

# 17 dekabr 2025 18:41 (UTC +04:00)

Böyük Britaniya rusiyalı oliqarx Roman Abramoviçdən “Çelsi” futbol klubunun satışından əldə olunan vəsaitdən 2.5 milyard funt-sterlinqin Ukraynaya köçürülməsini tələb edib.

APA “The Guardian”a istinadən xəbər verir ki, London məbləğin Ukraynada yalnız humanitar məqsədlər üçün istifadə olunmasını istəyir.

Böyük Britaniyanın Baş naziri Keir Starmer İcmalar Palatasında çıxışında sanksiyalara məruz qalmış oliqarx Abramoviçin əldə etdiyi vəsaitin Ukraynaya verməli olduğunu bildirib, bunun onun son şansı olduğunu, əks təqdirdə, oliqarxa qarşı hüquqi iş qaldırılacağı ilə bağlı xəbərdarlıq edib.

“Roman Abramoviçin öz vədini yerinə yetirməsi məsələsində zaman azalır. O, “Çelsi”nin satışından əldə edilən 2.5 milyard funt-sterlinqin Ukraynaya humanitar yardım olaraq veriləcəyinə söz vermişdi. Hökumət buna məhkəmə yolu ilə də nail olmağa hazırdır”, - Starmer vurğulayıb.

Qeyd edək ki, rusiyalı oliqarx “Çelsi” klubunu 2022-ci ildə satıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR